Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti (MDBMİ) 2023-cü ildə Türkiyədə rus məktəbi açmağı planlaşdırır.


İqtisadiyyat.az xəbər verir ki, MDBMİ-nin rektoru Anatoli Torkunov Rusiya universitetləri üçün dövlət tərəfindən maliyyələşdirilən “Prioritet-2030” proqramı çərçivəsində 2023-cü ildə Türkiyədə rus məktəbi açmağı planlaşdırdıqlarını bildirib.


Rusiya mətbuatına açıqlama verən Torkunov bu il Özbəkistan və Qırğızıstanda MGIMO lisey sinif modelində iki rus beynəlxalq məktəbinin açıldığını xatırladaraq, "2023-cü ildə Türkiyədə məktəb açmağı planlaşdırırıq" dedi.


Xaricdəki rus məktəblərinin əcnəbi tələbələrin Rusiya universitetlərinə daxil olmasına kömək etdiyini və bunun uzunmüddətli perspektivdə ölkələr arasında əlaqələrə müsbət təsir göstərdiyini vurğulayan rektor, “İxtisaslı mütəxəssis yetişdirmək üçün illər lazımdır, ona görə də biz istedadlı gənclərin axtarışına başlayırıq.Təcrübə göstərir ki, belə namizədlər gələcəkdə daha həvəsli və məsuliyyətlidirlər. Ona görə də bu gün ali məktəblərin orta məktəb təhsilində mövcud tendensiyaların önündə olması vacibdir”.