Rusiyanın beynəlxalq ehtiyatları bir həftə ərzində 16,7 milyard dollar artıb.

İqtisadiyyat.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, Rusiyanın beynəlxalq ehtiyatları noyabrın 11-nə 16,7 milyard dollar artaraq 18 noyabr tarixində 568,8 milyard dollara çatıb.

Bildirilir ki, Qərb ölkələrinin Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etməsindən sonra Mərkəzi Bankın qızıl-valyuta ehtiyatlarının 300 milyard dollardan çoxu dondurulub.