Rusiyada işsizlik səviyyəsi tarixi minimum səviyyəyə enib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Statistika Təşkilatı (Rosstat) məlumat yayıb.
Məlumata görə, ötən ay Rusiyada işsizlik səviyyəsi 3% təşkil edib. Hesabat dövründə ölkədə işsizlərin sayı 2,3 milyon nəfər olub. İşsizlərin 1,5 milyonu şəhərlərdə, 0,8 milyonu isə kəndlərdə yaşayır.
Əlavə edək ki, may ayında ölkədə işsizlik səviyyəsi 3,2%, iyunda isə 3,1% təşkil edib.
Gözəl Həşimova