Rusiya baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov pilotsuz uçuş aparatları (PUA) üçün şəhər infrastrukturunun qurulması işlərinə başlamaq barədə göstəriş verib.
İqtisadiyyat.az xəbər verir ki, layihəni Rusiyanın Tikinti, Mənzil və Kommunal Xidmətlər Nazirliyi və VEB.RF dövlət agentliyi həyata keçirəcək.


“İzvestiya” qəzetinin xəbərinə görə, Manturovun imzaladığı qərarın mətnində deyilirdi ki, “Təkliflər hazırlanaraq hökumətə təqdim edilsin ki, bu məqsədlə binaların və ətraf torpaqların payının artırılması burada yerləşdirilməsinə şərait yaradacaq. Pilotsuz uçuş aparatları ilə yüklərin daşınması üçün terminal infrastrukturu nəzərdə tutulur”.

Nazirlik həmçinin inşaatçıların yeni layihələrinə lazımi infrastrukturun daxil edilməsinə həvəsləndirici tədbirlər həyata keçirəcək.