Bu ilin əvvəlindən bəri rusiyalı milyarderlərin sərvəti 21,13 milyard dollar artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index"i məlumat yayıb.

Bu dövrdə Rusiyanin enerji şirkəti “Lukoil”in təsisçisi Vahid Ələkbərov 6,4 milyard dollar qazanıb. Bununla da onun sərvəti 21,8 milyard dollara yüksəlib.

"NLMK" Direktorlar Şurasının sədri Vladimir Lisinin sərvəti 3,42 milyard dollar artaraq 23,3 milyard dollar təşkil edib. Rusiyanın üçüncü ən zəngin iş adamı, "Eurochem" və "SUEK"in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 3,04 milyard dollar artaraq 16,2 milyard dollara yüksəlib.

 

Gözəl Həşimova