Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən bəri 32,01 milyard dollar artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Milyarderlər İndeksi" məlumat yayıb.

Məlumata görə, bu ilin əvvəlindən bəri “Lukoil”in təsisçisi, Azərbaycan əsilli milyader Vahid Ələkbərov 7,25 milyard dollar qazanıb. Beləliklə, onun sərvəti 22,6 milyard dollara yüksəlib. Bu dövrdə ən çox itirən (1,03 milyard dollar) isə Dağıstan Respublikasından olan iş adamı Süleyman Kərimovdur.

Eyni zamanda, "NLMK" idarə heyətinin sədri Vladimir Lisinin sərvəti 4,36 milyard dollar artaraq 24,2 milyard dollara çatıb.

 

Gözəl Həşimova