Rusiyada ən yüksək maaşı Moskva bankirləri və Murmansk balıqçıları alır.

İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, son bir ildə paytaxtın maliyyə xidmətləri sektorunda xalis əmək haqqı ayda 227 min rubl təşkil edib.

Məlumata görə, balıqçılar bu şəhərdə ən çox qazananlar arasındadır. Belə ki, onlar ayda təxminən 200 min rubl qazanırlar.

Rusiyada ən yüksək maaş alanlar arasında həmçinin İT və rabitə (192 min rubl) sahəsində çalışanlar var. Eyni zamanda, bu siyahıya intellektual iş və maliyyə xidmətlərində işləyənlər də daxildir.