Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün ABŞ-Rusiya münasibətləri ilə bağlı diqqətçəkən mesajlar verib.

Rusiyanın ABŞ ilə görüşə hazır olduğunu bildirən Ryabkov Rusiyada həbsdə olan amerikalı basketbol ulduzu Brittni Grinerin rus silah qaçaqmalçısı Viktor Bout ilə dəyişdiriləcəyinə ümid etdiyini deyib.

“Vaşinqton rəhbərliyi hazırdırsa, Rusiya ABŞ ilə yüksək səviyyəli strateji sabitlik görüşlərinə hazırdır”.