Növbəti üç il ərzində Rusiya xarici ölkələrə 1,4 trilyon rubl (indiki məzənnə ilə 15,6 milyard dollar) məbləğində kredit verəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu, 2024-2026-cı illər üçün büdcə qanunu layihəsindən irəli gəlir.

Məlumata görə, bu məbləğdə vəsait hökumətlərarası sazişlər üzrə öhdəliklərin yerinə yetirilməsi, mövcud layihələrin başa çatdırılması və daxili ixracın dəstəklənməsi üçün lazımdır. Eyni zamanda, həmin dövrdə Rusiyanın 1,1 milyard dollar borcunun ödəniləcəyi gözlənilir.

 

Gözəl Həşimova