ABŞ Maqnitski Aktı əsasında Rusiyaya, Belarus vətəndaşına və Qvatemaladakı şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiya tətbiq edilən şəxslər və qurumlar Qvatemalada mədən sektorunda korrupsiyada şübhəli bilinirlər.

Qeyd edək ki, Maqnitski Aktı ciddi insan haqları pozuntularına yol vermiş və bütün dünyada korrupsiya ilə məşğul olan şəxslərə şamil edilir.