Rusiya ordusu Ukraynada hücumlarını 4 istiqamətdə davam etdirir.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Rusiya əsas hücum əməliyyatlarını Liman, Baxmut, Avdeyevka və Marinka istiqamətlərində aparılmasına davam edir. Ukrayna Silahlı Qüvvələri düşmənin 52 hücumunu dəf edib”, - məlumatda qeyd olunub.