Ukrayna ordusu Rusiya tərəfindən atılan 67 qanadlı raketdən 51-ni vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Baş komandanı Valeriy Zalujnı "Telegram"da bildirib.

O, təkcə Kiyevə 30 raketin buraxıldığını, 20-nin vurulduğunu qeyd edib.

Xatırladaq ki, zərbələr nəticəsində Ukraynanın enerji infrastrukturuna ciddi ziyan dəyib. Ölən və yaralananlar var.