Rusiya Ukrayna ordusunun itkiləri haqqında məlumat yayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

Bildirilib ki, xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 406 təyyarəsi məhv edilib:

“Həmçinin, düşmənin 228 helikopteri, 3695 PUA-sı, 415 zenit-raket kompleksi, 8563 tank və digər zirehli texnikası, 1078 reaktiv yaylım atəş sistemi, 4525 artilleriya və minaatanı, 9334 xüsusi hərbi avtomobil texnikası da məhv edilib”.