Beynəlxalq Kosmik Stansiyada (BKS) rusiyalı kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelin texniki işlər üçün kosmosa çıxacaqlar.
Radiator kosmonavt Anna Kikina tərəfindən idarə olunacaq ERA robot qolundan istifadə etməklə orbital forpostun daxilindən köçürüləcək.
Petelin və Prokopyev işlərini kosmik stansiyadan kənarda aparacaqlar. Onlar radiatorun ötürülməsinə nəzarət edəcək, telləri ayıracaq və mexaniki sıxma işləri aparacaqlar.
Yürüşün saat 14:20-də başlaması planlaşdırılır. Kosmik yürüşün təxminən 6 saat 37 dəqiqə çəkəcəyi gözlənilir.

Məhəbbət Məmmədov