Rusiya Ukraynada apardığı müharibə səbəbindən tətbiq edilən sanksiyalara görə ölkədəki hava limanlarında xüsusi texnikaların olmaması ilə bağlı problemlər ortaya çıxıb.

İqtisadiyyat.az "Kommersant"a istinadən xəbər verir ki, Rusiyadakı hava limanlarında buzlaşma əleyhinə maşınlar, avtobuslar və sərnişin nərdivanlarının qeydiyyatdan keçirilməsində sıxıntılar yaşanır.