Rusiya Bankı rublun kəskin bahalaşmasını cilovlamaq üçün ixracatçılardan xarici valyuta alınması ilə bağlı mediada yayılan məlumatları təkzib edib.

Bu barədə TASS-a tənzimləyicinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sorğunuza cavab olaraq bildiririk ki, bu məlumat həqiqətə uyğun deyil”, - deyə Mərkəzi Bankdan bildirilib.

Bundan əvvəl “Vedomosti” qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Mərkəzi Bank rublun kəskin möhkəmlənməsinin qarşısını almaq üçün digər maliyyə bazarı iştirakçıları vasitəsilə ixracatçılardan valyuta almağa başlayıb.

 Maliyyə Nazirliyi və Rusiya Bankı ixracatçıların valyuta gəlirlərinin məcburi satışı tələbini 80%-dən 50%-ə endirmək üçün təkliflər hazırlayıb. Qərar bu həftə veriləcək.