Meta korporasiyasının baş direktoru Mark Zukerberq və TikTok-un rəhbəri Çu Şou Tzunun ABŞ Senatının Ədliyyə Komitəsində internetdə yetkinlik yaşına çatmayanların cinsi istismarı problemi ilə bağlı keçirilən dinləmələrdə ifadə verəcəyi gözlənilir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Böyük texnoloji şirkətlərin öz fəaliyyətlərini tənzimləyə bilməməsinin dəyəri uşaqların təhlükəsizliyidir və cavabsız qala bilməz", - deyə agentlik Senat üzvlərindən sitat gətirib. 

"Dünyanın ən böyük sosial şəbəkələrinin baş direktorlarının ifadələrini dinləməklə, komitə yetkinlik yaşına çatmayanların onlayn cinsi istismarı böhranını həll etmək üçün lazım olan məlumata sahib olacaq", - məlumatda qeyd edilib.

Dinləmələr dekabrın 6-na təyin edilib. Müvafiq bildirişlər Discord, Snap və X rəhbərlərinə də göndərilib.