Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.


İqtisadiyyat.az xəbər verir ki, görüşdə Rusiya-Ukrayna müharibəsi və taxıl dəhlizi ilə bağlı inkişaflar müzakirə edilib.


Prezident Ərdoğan görüş zamanı Ukrayna Prezidenti Zelenskiyə taxıl ixracı ilə bağlı İstanbul sazişinin uzadılmasına konstruktiv münasibətinə görə təşəkkür edib.


Ərdoğan taxıl müqaviləsi və əsir mübadiləsi ilə bağlı müsbət təcrübələr əldə edildiyini və bu anlaşmanın danışıqlar zolağına, xüsusilə də atəşkəsə genişlənməsinin hər kəsin xeyrinə olacağını bildirib.


Prezident Ərdoğan həmçinin İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verdiyi üçün Ukrayna Prezidenti Zelenskiyə təşəkkür edib.