Qubadlı rayonunda bədbəxt hadisə baş verib.

DİN-in Mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, Qubadlı RPŞ-yə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar keçirilmiş tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib. İlkin ehtimala görə, o, üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.