Litvanın xarici işlər naziri Qabrielius Landsbergis özünün "Twitter" mikrobloqunda Ermənistanın KTMT-yə üzvlüyünə qarşı İrəvanda keçirilən etiraz aksiyaları barədə paylaşım edib.

İqtisadiyyat.az xəbər verir ki, o, Putinin İrəvana səfərini SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçovun 1990-cı ildə Vilnüsə səfərinə bənzədib.

"Putinin İrəvana səfərinə etiraz edən ermənilər mənə 1990-cı ildə Qorbaçovun Vilnüsə səfərinə etiraz edən litvalıları xatırladır. Həmin gün minlərlə insan göstərdi ki, bayraqlar, pankartlar və mahnılar azadlığımızı əlimizdən almağa çalışan diktatorları dəf edə bilər", - o bildirib.