Qubada qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 2850 manat olan qızıl-zinət əşyaları oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayonun Qəçreş kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Mirzayev saxlanılıb.