Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 25 və 26 iyun tarixlərində humanitar neytral vasitəçi rolunda çıxış edərək tibbi yardıma ehtiyacı olan 31 nəfərin Ermənistana təxliyə olmasına yardımçı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Qeyd olunur ki, tibb müəssisələrinə 80 ton dərman və digər ləvazimatlar göndərilib.

"Tibbi yardıma ehtiyacı olan insanlara kömək etmək, səhiyyə müəssisələrini dəstəkləmək və ailələri birləşdirmək üçün imkanların olması çox vacibdir", - açıqlamada bildirilir.