"Qərb öz varlığını və hegemonluq sistemini qoruyub saxlamaq üçün “daimi müharibələrə” ehtiyac duyur."

Bu sözləri Suriya prezidenti Bəşər Əsəd deyib.

Qərbin Suriya, Rusiya, Belarus və bir sıra digər ölkələrdə məqsədlərinə çata bilmədiyini deyən Əsəd, məhz bu səbəbdən bu ölkələrə qarşı iqtisadi müharibələrin başladığını vurğulayıb.

Əsəd eyni zamanda ortaq prinsip və dəyərləri müdafiə edən ölkələri səylərini birləşdirməyə və iqtisadi əlaqələr qurmağa çağırıb.