“Qazprom” Telegram kanalında “Moldovaqaz”la müqavilə əsasında Moldova istehlakçılarına çatdırılması üçün Ukraynada Rusiya qazının azaldığını bildirib. Şirkət əlavə edib ki, Moldova üçün Ukrayna üzərindən tranzit balanssızlığı davam edərsə, "Qazprom" noyabrın 28-dən Ukrayna vasitəsilə tədarükünü azaltmağa başlayacaq.

Daha əvvəl bildirilmişdi ki, noyabrda Moldova ehtiyac duyduğu qaz həcminin 51%-ni alacaq, dekabr ayına olan məlumata görə, Qazprom-dan Moldovaya qaz tədarükü tələb olunan həcmin 56,5%-nə qədəri azalacaq. Rusiya qaz şirkəti isə bildirmişdi ki, “Moldovaqaz” 2022-ci ildə tədarük olunan qazın ödənilməsi müddətinə dair müqavilə şərtlərini mütəmadi olaraq pozub.

Cavab olaraq “Moldovaqaz”ın rəhbəri Vadim Çeban “Qazprom” nümayəndələri ilə tarixi borcun ödənilməsi ilə bağlı məsələləri müzakirə etməyə hazır olduğunu açıqlayıb. O bildirib ki, şirkət müqavilə öhdəliklərini yerinə yetirmək üçün hər cür səy göstərəcək.