Qazax xalqının Azərbaycana hədiyyəsi – Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ölkələrimizin səmimi dostluğuna və qarşılıqlı dəstəyinə daha bir parlaq sübutdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibdə görüşdə bildirib.

“Mənə bildiriblər ki, bu obyektin tikintisi kifayət qədər sürətlə həyata keçirilir. Fikrimcə, lap yaxın vaxtlarda biz bu obyektin fəaliyyətə başlamasını görə biləcəyik. Biz bundan sonra da hərtərəfli humanitar əlaqələri hər vasitə ilə inkişaf etdirmək, ortaq mənəvi-mədəni dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik”, - Tokayev qeyd edib.