Aşkar olunmuş maddi sübutlar müvafiq ekspertizaya göndərilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Paşabəy Hüseynov saxlanılıb.

Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd qumbara və onun alışdırıcısı və narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir