İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aprel ayında icra olunan əməliyyatlar barədə açıqlanıb.

ANAMA-dan İqtisadiyyat.az-a verilən məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 141 piyada əleyhinə mina, 191 tank əleyhinə mina, 2502 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6038.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.