UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində fevralın 16-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” (Belçika) qarşılaşmasının hakimləri açıqlanıb.

İqtisadiyyat.az AFFA-ya istinadən xəbər verir ki, CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Mohammed Al-Hakim

Baş hakimin köməkçiləri: Fredrik Klyver, Robin Vilde

Dördüncü hakim: Bojan Pandzic

VAR: Bartosz Frankovsk (Polşa)

AVAR: Pavel Pskit (Polşa)

Hakim-inspektor: Uno Tutk (Estoniya)

UEFA nümayəndəsi: Peadar Ryan (İrlandiya)