“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz heyvan ovu ilə bağlı cərimələrin artırılması ilə bağlı tədbirlər həyata keçirir”. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, layihələr də hazırdır:

“Müəyyən heyvan növlərinin, xüsusilə də vəhşi heyvanların ovuna görə cərimələrin dəfələrlə, hətta bəzi növlərin 10 dəfəyə qədər artırılması nəzərdə tutulur”.

“Yaxın vaxtlarda cərimələrin artırılmasına nail olacağıq”, - deyə o qeyd edib.