Oktyabrın 20-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov ilə məsləhətləşmələr aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələr zamanl Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri müzakirə edilib, cari ikitərəfli gündəlikdəki aktual məsələlər diqqət mərkəzində olub.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarına uyğun olaraq siyasi dialoqun daha da dərinləşdirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar və regionlararası əməkdaşlığın artırılması imkanları nəzərdən keçirilib.