“DSK-ların hər birində namizədlərin sənədlərinin yoxlanması üçün İşçi Qrupu var”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

Rövzət Qasımov bildirib ki, seçki prosesi zamanı tərəflərin öz hüquq və vəzifələri barədə məlumatlı olması üçün maarifləndirmə tədbirləri keçirilir: “Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edilməsinə başlanacaq. Hər zaman MSK seçki iştirakçılarının maarifləndirilməsi üçün vəsaitlər hazırlayır. Namizədlər üçün də biz yaddaş kitabçası hazırlamışıq. Azərbaycan Respublikası vətəndaşlarının passiv seçki hüququnun təmin edilməsi üçün geniş imkanlara malik olacaq”.