Rusiya prezidenti Vladimir Putin Moskvadakı Novo-Oqarevo prezident iqamətgahında Ukrayna və Donbassda xüsusi hərbi əməliyyatlarda iştirak edən əsgərlərin anaları ilə görüşüb.


İqtisadiyyat.az xəbər verir ki, qarşıdan gələn Analar Günü münasibəti ilə görüş keçirən Putin, dövlətin dəstəyini hiss etmələri üçün hər şeyi edəcəklərini bildirib.

Əsgərlərin əməliyyatda iştirak etmək üçün seçilməsinin də onlara verilən vətənpərvərlik tərbiyəsinin nəticəsi olduğunu qeyd edən Putin, xüsusi təyinatlı hərbi əməliyyatlarda xidmət edən əsgərləri “qəhrəman” adlandırıb.