“Süni intellektin daha geniş tətbiqinə keçid hazırlıq, yetkinlik və müəyyən əsas şərtlər tələb edir”.

Bunu Rusiya prezidenti Vladimir Putin “Süni intellekt dünyasına səyahət” beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Mən rəqəmsallaşmaya və süni intellekt texnologiyalarının tətbiqinə çağırış edirəm. Hər kəs ilk növbədə öz iqtisadiyyatını qaydasına salsın. “Əbəs yerə demirlər ki, xaosu rəqəmsallaşdırsanız, sadəcə rəqəmsal xaos yaranar”, - deyə Putin vurğulayıb.

“Rusiya hakimiyyəti “inkişaf üfüqlərini genişləndirəcək” və “iqtisadiyyatımız üçün yeni struktur yaradacaq” iqtisadiyyatı və yüksək texnologiyalı sənayeləri rəqəmsallaşdırmaq üçün daha fəal addımlar atmalıdır. Biz daha qətiyyətlə hərəkət etməliyik. Biz qlobal miqyasda rəqabətədavamlı olmalıyıq. Burada qorxacaq bir şey yoxdur. Aydındır ki, büdcə gəlirlərində çatışmazlıqlar ola bilər, amma mənə elə gəlir ki, biz bunun öhdəsindən gələcəyik.”