Rusiya prezidenti Vladimir Putin bəzi Qərb ölkələrinin avantürist və qeyri-peşəkar siyasətinin dünya ərzaq bazarında balanssızlığa səbəb olduğunu bəyan edib.


İqtisadiyyat.az xəbər verir ki, Putin bu məsələ ilə bağlı Rusiya hökuməti və özəl sektor nümayəndələri ilə keçirilən videokonfransda deyib:

"Tələblərimizi qarşılayırıq və dünyanın aparıcı istehsalçıları arasındayıq. Mübaliğəsiz, ərzaq qıtlığı yaşayan ölkələrə kömək edir və kömək etməyə çalışırıq”.
Qeyd edək ki,  Putin Rusiyanın bir çox ən əhəmiyyətli parametrlərdə milli ərzaq təhlükəsizliyini təmin etdiyini və kənd təsərrüfatı sektorunu və sektordakı elmi fəaliyyətləri dəstəkləmək üçün əvvəlki qərarların işə yaradığını ifadə edib.