Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkün olduğunu bildirib.

İqtisadiyyat.az  xəbər verir ki, Rusiya lideri bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının İrəvanda keçirilən iclasında danışıb.

"Ümid var ki, nəticədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq mümkündür", - Putin çıxışında bildirib.

Qeyd edək ki, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının toplantısı keçirilir.