Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına yenidən rektor təyin edilib.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. O, bundan əvvəl ilk dəfə 2019-cu ildə 5 il müddətinə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin olunub.
H.Əsədov əvvəllər Baş Dövlət Xəzinədarlığının Baş direktoru, maliyyə nazirinin müavini, Hesablama Palatasının Sədri və kənd təsərrüfatı naziri vəzifələrində çalışıb.