"Biz münasibətlərimizin müsbət fonunu möhkəmləndiririk. Xalqlarımız arasında münasibətlərin böyük tarixi var və bu münasibətlər həmişə qardaşlar arasındakı kimi olub. Bu gün gələcəyimizi bu möhkəm təməl üzərində qururuq”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı deyib.

“Sizinlə müzakirə etdiyimiz əməkdaşlıq sahələrində, ilk növbədə, energetika, nəqliyyat-tranzit sahəsində çox böyük potensial var. Təsadüfi deyil ki, Qazaxıstan nümayəndə heyətində olduğu kimi, bizim nümayəndə heyətinin tərkibində də müvafiq strukturların rəhbərləri təmsil olunub. Onların məsələlərin konkret həll yollarını müzakirə etməkdən ötrü bütün bürokratik, inzibati maneələri aradan qaldırmaları Transxəzər dəhlizinin təkcə coğrafi və geosiyasi baxımdan deyil, həm də iqtisadi baxımdan cəlbediciliyi üçün yaxşı fürsət olacaq. Fikrimcə, bundan ötrü kifayət qədər imkan var”, - Prezident İlham Əliyev vurğulayıb.