Polşanın kənd təsərrüfatı naziri Henrik Kovalçik istefa verib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, nazirin istefasına səbəb ölkədəki fermerlərin Ukraynadan ölkəyə taxıl idxalı ilə bağlı kütləvi etirazları olub.

Kovalçik mövcud böhranın öhdəsindən gələ bilmədiyi üçün istefa verdiyini açıqlayıb.