Polşa prezidenti Duda bildirib ki, “Patriot” hava hücumundan müdafiə sistemlərinin harada yerləşdirilməsinə yalnız Almaniya qərar verə bilər.

İqtisadiyyat.az xəbər verir ki, Polşa prezidenti Anjey Duda jurnalistlərə bildirib ki, alman “Patriot” zenit-raket komplekslərinin harada yerləşdirilməsi ilə bağlı qərar Almaniyanın üzərinə düşür.

“Hərbi nöqteyi-nəzərdən, əlbəttə ki, bu raketlər Polşa ərazisini də qorumaq üçün Polşa sərhədinə yaxın Ukrayna ərazisinə yerləşdirilsəydi, daha yaxşı olardı. Onda təbii ki, onlar həm Ukraynanın, həm də Polşanın müdafiəsinə yardım etməkdə daha effektiv olacaqlar. Lakin onların yerləşdirilməsi ilə bağlı qərar, əlbəttə ki, bu raketlərə, buraxılış qurğularına və bütün sistemə sahib olan tərəfin, yəni NATO müttəfiqimiz Almaniyanın üzərinə düşür. Polşa Prezidenti kimi yalnız deyə bilərəm ki, mənim üçün ən vacib şey Polşa ərazisinin ən yaxşı şəkildə qorunmasıdır”. dedi.