Dünyanın ən zəngin on adamı bu il ümumilikdə 443,2 milyard dollar qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index"i məlumat yayıb.

Məlumata görə, Amerikalı iş adamı İlon Maskın ilin əvvəlindən bəri sərvəti 105 milyard dollar artaraq 242 milyard dollara çatıb. Bununla da Mask dünyanın ən zəngin insanı statusunu qoruyub.

Reytinqin ikinci pilləsində 36,1 milyard dollar qazanan Fransanın lüks mallar istehsalçısı "LVMH" şirkətinin sahibi Bernard Arnonun qərarlaşıb. Onun ümumi sərvəti 198 milyard dollara çatıb. "Amazon"un qurucusu Ceff Bezosun sərvəti 49,9 milyard dollar artaraq 157 milyard dollara yüksəlib.

"Microsoft"un yaradıcısı Bill Qeyts 136 milyard dollarlıq sərvətlə dördüncü yerdə qərarlaşıb.

 

Gözəl Həşimova