“Rus hərbi əsirləri güllələyənləri Rusiya özü axtaracaq. Cinayətkarlar tapılmalı və cəzalandırılmalıdır.”

Bunu jurnalistlərlə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml sözçüsü vurğulayıb ki, Moskva bu cinayətə diqqəti cəlb etmək və günahkarları ədalətə çağırmaq üçün eyni vaxtda beynəlxalq mexanizmlər çərçivəsində mümkün olan hər şeyi edəcək.

Qeyd edək ki, məlumata görə döyüşdə təslim olan rus əsgərləri Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri tərəfindən başlarından vurulublar.