Kiyevin Moskvanın tələblərini yerinə yetirmək və əhalisinin mümkün iztirablarına son qoymaq üçün hər cür imkan var.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ukrayna rəhbərliyinin vəziyyəti normallaşdırmaq üçün bütün imkanları var. Rusiya tərəfinin tələblərini yerinə yetirmək və müvafiq olaraq mülki əhalinin bütün əziyyətlərini dayandırmaq iqtidarındadır.”