Yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava Limanı - Bilgəh və Zığ dairəsi - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Sürət həddinin endirilməsində məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.