Bakıda bu ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,5% artaraq 2754,7 milyon manat olub.

Bu barədə İqtisadiyyat.az Bakı Statistika İdarəsinə istinadən xəbər verir.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2324,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 84,4%-ni təşkil edib.