“Əminəm ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur. Çünki sülh bizim suverenliyimizin və təhlükəsizliyimizin ən etibarlı amilidir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Konstitusiya Günü ilə bağlı müraciətində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Xarici təhlükəsizlik Ermənistan üçün ən ciddi çağırışdır. Buna görə də 29,8 min kvadratkilometr əraziyə malik Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması mühüm əhəmiyyət kəsb edir”, - deyə o, bildirib.