Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“KTMT KTŞ-nin bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəsi yetərincə işlənməyib və bu formada mən bu sənədləri imzalamağa hazır deyiləm”, - deyə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.