“Şuşanın süqutu 2020-ci il 10 noyabr bəyanatının imzalanmasının əsas səbəblərindən biri oldu”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında bildirib.

Paşinyan Azərbaycan Ordusunun Şuşanı azad etməsi ilə Xankəndinin zərbə altında qala biləcəyini xatırladıb: 

“Həmçinin Martuniyə (Xocavənd) təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirədə qala bilərdi”.

O qeyd edib ki, noyabrın 9-da müharibəni dayandırmaq üçün 5-ci dəfə cəhd edilib. Birinci cəhd oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin ad günündə edilib.