"PAŞA Həyat Sığorta" ASC-nin Direktorlar Şurasının sədri Fərid Məmmədov vəzifəsindən azad edilib.

İqtisadiyyat.az xəbər verir ki, Şuraya sədrlik Rövşən Allahverdiyevə həvalə olunub.

O, həm də "Kapital Bank" ASC-nin Müşahidə Şurasının sədridir. Hər iki maliyyə qurumu "PAŞA Holdinq" MMC-yə daxildir.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% "PAŞA Holdinq"ə məxsusdur.