Yasamal rayonunda yerləşən "Park Yasamal" Yaşayış Kompleksi ərazisində görünən ilan sakinləri təşvişə salıb. 

İqtisadiyyat.az-a daxil olan məlumatda bildirilir ki, kompleksin ərazisində - konkret olaraq 39-cu binanın girişində və yol kənarında rast gəlinən ilanın haradan peyda olduğu məlum deyil. 

Hadisənin videogörüntülərində ilanların sağ olduğu görünür. Xüsusilə azyaşlıların təhlükəsizliyi üçün narahat olduqlarını qeyd edən sakinlərə görə, şəhərin içində bu cür təhlükəli halın bir daha yaşanmaması üçün müvafiq addımlar atılmalıdır. 

"Park Yasamal" Yaşayış Kompleksindən saytımıza bildirildi ki, sözügedən məsələ ilə bağlı komendantlığa məlumat bu gün daxil olub: "Komendatlıq tərəfindən lazımi profilaktik tədbirlər görüləcək. Sakinlərin təhlükəsizliyinin təmini üçün artıq lazım olan dərmanlar da alınıb".