Pakistanda polisləri daşıyan avtomobilə bombalı hücum olub.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Bəlucistan əyalətində törədilib. Nəticədə 2-si polis olmaqla, 4 nəfər həyatını itirib. 15 nəfər isə yaralanıb. 

Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Baş nazir Şahbaz Şərif Tvitter səhifəsində hücumu pisləyib.